BAKI, 26 aprel. TELEQRAF
İstanbul bələdiyyəsinin həbsdə olan sədri Əkrəm İmamoğlu sosial şəbəkə hesabında saxlandığı kameranın rəsmini paylaşıb.
Teleqraf xəbər verir ki, Ə.İmamoğlu rəsmi onun təsviri əsasında dostlarının çəkdiyini bildirib.
Bələdiyyə sədri yazıb: “Mən otağımı təsvir etdim, dostlarım da onu rəsmə köçürdülər. Hücrəmin divarından şanlı bayrağımız asılıb”.
İmamoğlu eyni zamanda bütün Türkiyəyə mesaj göndərib. O, Türkiyənin zəfər bayrağına - mayın 19-dək hər yerdə - evlərdə, iş yerlərində, kəndlərdə, şəhərlərdə, maşınlarda, telefonlarda türk bayrağının olmasını istəyib”.