RU

“El Klassiko” öncəsi qalmaqal: baş hakim dəyişdirilir

BAKI, 25 aprel. TELEQRAF

İspaniya Kubokunun “Real Madrid”lə “Barselona” arasında keçiriləcək final oyunundan öncə qalmaqal yaranıb.

Teleqraf “The Athletic” nəşrinə istinadən xəbər verir ki, “Real Madrid” oyuna təyinat alan baş hakim Rikardo De Burqos Benqoeçeanın dəyişdirilməsini tələb edir.

Məlumata görə, İspaniya Futbol Federasiyası Madrid klubunun iddasını müsbət cavablandıra bilər.

Yerli federasiya nüfuzunu qorumaq üçün “Real Madrid”in dalbadal bəyanatlarına cavab olaraq, referini finaldan uzaqlaşdırmağı planlaşdırır.

Daha öncədən “Real Madrid” Benqoeçeanın Kral Kubokunun finalına təyin olunmasından narazılığını bildirib və onun oyundan uzaqlaşdırılmasını tələb edib. Əvvəlcə federasiya “Real”ın tələbinə əhəmiyyət verməyib.

Buna cavab olaraq Madrid klubu mətbuat konfransını ləğv edib və digər rəsmi tədbirlərdə iştirak etməmək qərarına gəlib. Hətta “Real”ın finalda iştirakdan imtina edəcəyi də bildirilib.

Qeyd edək ki, əzəli rəqiblər arasındakı “El Klassiko” aprelin 26-da Bakı vaxtı ilə saat 24:00-da başlayacaq.

Избранный
5
13
teleqraf.com

10Источники