Nəhayət, Fransesk Fabreqasın növbəti mövsümə harda başlayacağı məlum olub.
“Komo”nun baş məşqçisi İtaliya klubunu tərk etməyəcək. Bu haqda məlumatı insayder Fabritsio Romano yayıb. 37 yaşlı mütəxəssis İtaliyanın aparıcı klublarından və Almaniyadan – “Leyptsiq”dən təklif alıb. Lakin o, “Komo”dakı fəaliyyətini davam etdirməyə qərar verib. Fabreqas artıq qarşıdakı “transfer pəncərəsi” üçün lazımi işlərə də başlayıb.
İspaniyalı məşqçi “Komo”ya ötən ilin yayında təyin olunub. Komanda hazırda A seriyasının turnir cədvəlində 39 xalla 13-cü yeri tutur.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта