RU

“Naxçıvan” “Abşeron”la üz-üzə

Bu gün kişilər arasında Azərbaycan Basketbol Liqasının pley-offuna mərhələsinə yekun vurulacaq.

İdman.biz xəbər verir ki, 3-cü oyunlar çərçivəsində son matç keçiriləcək.

“Naxçıvan”la “Abşeron” yarımfinala vəsiqə üçün həlledici matça çıxacaq. Hərəyə bir qələbə qazanan komandaların son dueli Bakı İdman Sarayında baş tutacaq.

Azərbaycan Basketbol Liqası
Yarımfinal, 3-cü oyun
24 aprel

19:00. “Naxçıvan” – “Abşeron”
Bakı İdman Sarayı
Seriyada hesab – 1:1

Qeyd edək ki, bu cütün qalibi yarımfinalda “Neftçi” ilə qarşılaşacaq. Digər cütdə “Sabah”la “Şəki” üz-üzə gələcək.

İdman.biz

Избранный
3
2
idman.biz

4Источники