RU

ABŞ Kiyevə sülh planını təqdim edib

Aprelin 23-də Londonda keçiriləcək görüşdə ABŞ nümayəndələri Ukrayna tərəfinə münaqişənin həlli üçün yeddi bənddən ibarət sülh planını təqdim etməyi planlaşdırırlar. Vətəninfo.az xəbər verir ki, bu barədə “Daily Telegraph” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, birinci və ikinci bəndlər dərhal atəşkəs və Ukrayna ilə Rusiya arasında birbaşa danışıqları nəzərdə tutur.

Üçüncü məqam isə Ukraynanın Aİ-yə daxil olmaq imkanını saxlamaqla NATO-ya üzv olmaqdan imtina etməsi ilə bağlıdır.

Dördüncü məqam Rusiyanın Krım üzərində suverenliyinin tanınması, beşincisi isə 2022-ci ildə Rusiya Federasiyasının tərkibinə daxil olmuş ərazilərin ABŞ tərəfindən faktiki olaraq tanınmasıdır.

Proqramın altıncı bəndində Ukraynanın ABŞ-la mineral ehtiyatlara dair saziş imzalayacağı, yeddinci bənddə isə Moskva ilə Vaşinqton arasında yeni münasibətlərin qurulması, o cümlədən Amerikanın bütün sanksiyalarının götürülməsi və iki ölkə arasında enerji sektorunda əməkdaşlığa başlanılması imkanları nəzərdə tutulur.

Plana Zaporojye atom elektrik stansiyasının ABŞ-ın nəzarətinə verilməsi təklifi də daxildir.

ABŞ-ın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Londonda keçiriləcək görüş zamanı bu planı Ukrayna tərəfinə təqdim edəcək, bundan sonra ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff təklifi Rusiya rəhbərliyinə təqdim etmək üçün Moskvaya gedəcək.

Qəzetin yazdığına görə, bunun müqabilində Ukrayna Avropadan etibarlı təhlükəsizlik zəmanəti, Xarkov vilayətinin bir hissəsinin qaytarılması, təzminat və yenidənqurma işlərinə yardım alır.

Избранный
35
8
veteninfo.az

7Источники