RU

İstilik təchizatı sektorunda dövlətin vəzifələri müəyyənləşdirilir

Bakı. Trend:

İstilik təchizatı sektorunda dövlət siyasətinin əsasprinsipləri, dövlət tənzimləməsinin məqsədləri və dövlətinvəzifələri müəyyənləşdirilir.

Trend xəbərverir ki, bu məsələ Milli Məclisin Təbii ehtiyatlar, energetika vəekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyəçıxarılan “İstilik təchizatı haqqında” qanun layihəsində öz əksinitapıb.

Layihəyə əsasən, istilik təchizatı sektorunda dövlətsiyasətinin əsas prinsipləri aşağıdakılar olacaq:

  • istilik təchizatının etibarlılığı və təhlükəsizliyi;
  • idarəetmə və tənzimləmənin effektivliyi və şəffaflığı;
  • istilik təchizatı subyektlərinin şəbəkədən, o cümlədən təbiiinhisar subyektinə məxsus şəbəkədən bərabər və ayrı-seçkiliyə yolverilmədən istifadə imkanının yaradılması;
  • qabaqcıl texnologiyalar və mütərəqqi təcrübə əsasında dayanıqlıinkişafın təmin edilməsi;

İstilik təchizatı sektorunda dövlət tənzimləməsinin əsasməqsədləri aşağıdakılar olacaq:

  • enerji təhlükəsizliyinin təmin edilməsi;
  • istilik təchizatı subyektlərinin və istehlakçıların maraqlarıarasında balansın təmin olunması;
  • istehlakçıların etibarlı, keyfiyyətli, əlçatan və fasiləsizistilik təchizatının təmin edilməsi.

İstilik təchizatı sektorunda dövlətin vəzifələriaşağıdakılar olacaq:

  • özəl investisiyaların və davamlı iqtisadi inkişafındəstəklənməsi;
  • əlverişli investisiya mühitinin yaradılması;
  • rəqabət mühitinin formalaşdırılması, inhisarçılıq fəaliyyətininqarşısının alınması, məhdudlaşdırılması və aradanqaldırılması;
  • istilik təchizatı subyektlərinin effektiv və təhlükəsizfəaliyyətinin təmin edilməsi;
  • istehlakçıların hüquqlarının müdafiəsi;
  • istilik təchizatı sektorunda təbii inhisar sahəsindəfəaliyyətin tənzimlənməsi;
  • istilik enerjisinin istehsalında bərpa olunan enerjimənbələrindən istifadənin stimullaşdırılması və inkişafetdirilməsi;
  • enerji resurslarından səmərəli istifadənin təşviqedilməsi;
  • ətraf mühitin mühafizəsi sahəsində tədbirlərin həyatakeçirilməsinin təmin edilməsi;
  • dövlət nəzarətinin həyata keçirilməsi;
  • istilik təchizatı subyektlərinin effektiv fəaliyyətinin,həmçinin istilik təchizatı sektorunda keyfiyyətli xidmətgöstərilməsinin təmin edilməsi.

Bundan əlavə qanun layihəsində həmçinin istiliktəchizatı sektorunda dövlət və yerli özünüidarəetmə orqanlarınınvəzifələri də təsbit edilir.

Belə ki, istilik təchizatı sahəsində müvafiq icra hakimiyyətiorqanının müəyyən etdiyi orqan (qurum) balansında olan istiliktəchizatı obyektlərinin saxlanılması, istismarı, cari və əsaslıtəmiri ilə bağlı, tikinti obyektlərində istilik enerjisindənsəmərəli istifadə və istilik enerjisi itkilərinə yol verilməməsiüçün tədbirlər görəcək, dövlət mənzil fondu binalarında vəsosial-mədəni təyinatlı obyektlərdə payız-qış mövsümünə hazırlıqişlərinin aparılmasını təmin edəcək.

İstilik təchizatı sahəsində yerli özünüidarəetmə orqanlarıbalanslarında olan istilik təchizatı obyektlərinin saxlanılması,istismarı, cari və əsaslı təmiri inkişafı ilə bağlı, tikintiobyektlərində istilik enerjisindən səmərəli istifadə və istilikitkilərinə yol verilməməsi üçün tədbirlər görəcək, bələdiyyə mənzilfondu binalarında payız-qış mövsümünə hazırlıq işlərininaparılmasını təmin edəcək.

Избранный
40
5
az.trend.az

7Источники