“İnter Mayami”nin argentinalı ulduzu Lionel Messi öz uşaqlarının ona ünvanladığı sualla bağlı maraqlı açıqlama verib.
Arena.az “Simplemente Futbol” dərgisinə istinadən məlumat verir ki, Messi yığma komandanın məğlubiyyətləri mənzərəsində ona ünvanlanmış tənqidlə bağlı öz uşaqlarının buna qarşılığı haqda söhbət açıb:
“Bu xüsusda mənim uşaqlarıma da ağrılı idi. Onlar məndən soruşurdular ki, “Ata, onlar niyə bunu sənə deyirlər?”. Qarşılaşdığım tənqid hamıdan çox Tyaqoya (Messinin üç oğlundan ən böyüyü – redaktorun qeydi) təsir etmişdi. O, ən anlayan insandır. Tyaqo məhz o zaman, yığma komandanın finallarda məğlubiyyətə görə ədalətsiz olaraq tənqid edilyi vaxtlarda böyüyürdü. O, məndən soruşurdu ki, “Ata, səni Argentinada niyə sevmirlər?”. Ancaq bu gün mənim uşaqlatım yaxşı əhval-ruhiyyələrini qoruyub-saxlayırlar”, deyə “Leo” məmnunluqla vurğulayıb.
Xatırladaq ki, Messi Argentina yığması ilə 2014-cü il dünya çempionatıın finalında və həmçinin Amerika Kubokunun iki finalında (2015, 2016) məğlubiyyət acısı yaşayıb.
Lionel Messi 2023-cü ilin yayından MLS təmsilçisi “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.
“Leo” cari mövsümdə 11 oyuna 8 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.
Argentinalı ulduzun “İnter Mayami” karyerası ümumilikdə 50 oyun, 42 qol və 21 məhsuldar ötürmədən ibarətdir. Messi “vağlar”ın tarixinin ən sərrast qolçusudur.
Ulduz hücumçu ötən il Mayami təmsilçisi ilə Liqalar kubokunu qazanıb, həmçinin ötən mövsüm “İnter Mayami”nin heyətində MLS-in Şərq Konfransının qalibi olub. Müvafiq qənimət “Leo”nun futbolçu karyerası ərzində qazandığı 46-cı qənimətdir. Əlavə edək ki, Lionel Messi futbol tarixində ən çox qənimət qazanmış oyunçudur.
“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 191 oyun keçirib, 112 qol vurub və 61 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.
Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.
“Leo”nun qənimətlər muzeyində müxtəlif fərdi mükafatlar, həmçinin 8 “Qızıl top”u var.