Bakı. Trend:
ABŞ-nin texnologiya nəhəngi “Intel” bu həftə işçilərinin 20faizdən çoxunu ixtisar edəcəyini açıqlamağa hazırlaşır.
Trend xəbər verirki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, ixtisarların əsas məqsədi şirkətdəkibürokratik yükü azaltmaq, idarəetməni sadələşdirmək və daha çoxdiqqəti mühəndislik və texnoloji yeniliklərə yönəltməkdir.
Qeyd olunur ki, “Intel” ötən il də oxşar addım ataraq 15 minəyaxın işçisini ixtisar etmişdi. 2024-cü ilin sonuna şirkətinəməkdaşlarının ümumi sayı 108,9 min nəfər təşkil edib.
Hazırkı ixtisarlar, mart ayında Lip-Bu Tanın “Intel”in başdirektoru vəzifəsinə keçməsindən sonra həyata keçiriləcək ilk kadrdəyişiklikləridir. Yeni rəhbərliyin bu qərarı şirkətin strukturununyenidən qurulması və daha effektiv fəaliyyət modeli qurmaqniyyətindən xəbər verir.