RU

London ABŞ və Avropa ilə Ukraynanın nizamlanmasına dair görüşə ev sahibliyi edəcək

Vaşinqton toplantıda yeddi bənddən ibarət plan təqdim edəcək.

Londonda ABŞ, Böyük Britaniya, Aİ və Ukrayna nümayəndələrinin iştirakı ilə Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlar aparılacaq.

Operativ Media xəbər verir ki, Böyük Britaniyanın müdafiə naziri Con Healey aprelin 22-də İcmalar Palatasına açıqlamasında "nazirlər və milli təhlükəsizlik müşavirlərinin bir günlük görüşündə atəşkəsin necə görünə biləcəyi və uzunmüddətli sülhü necə təmin etmək də daxil olmaqla, növbəti addımları müzakirə etmək planlaşdırılır" deyə bildirib.

İclasda ABŞ-ni Ukrayna və Rusiya üzrə xüsusi elçi Keyt Kelloq təmsil edəcək. Aprelin 22-də Vaşinqton ABŞ dövlət katibi Marko Rubionun da Londona gedəcəyini açıqlayıb. Lakin qısa müddət sonra ABŞ Dövlət Departamenti bunun əksini elan edərək, onun danışıqlarda iştirak etməyəcəyini vurğulayıb. ABŞ prezidentinin xüsusi elçisi Stiven Vitkoffun da görüşdə iştirakı təsdiqlənməyib. Amerika mediası bu ehtimal barədə yazıb.

Ukrayna nümayəndə heyətinə Volodimir Zelenskinin ofisinin rəhbəri Andriy Yermak, onun müavini Pavlo Palisa, xarici işlər naziri Andriy Sybiha və müdafiə naziri Rustem Umerov daxil olacaq.

“The Daily Telegraph” yazır ki, ABŞ Londonda keçiriləcək görüşdə yeddi bənddən ibarət nizamlanma planını təqdim edəcək . Nəşrin adı açıqlanmayan mənbəyə istinadən verdiyi məlumata görə, Vaşinqton dərhal atəşkəs, Ukrayna və Rusiya arasında birbaşa danışıqlar, Kiyevin NATO-ya üzv olmaqdan imtina etməsi, Rusiyanın Krım üzərində suverenliyini və de-fakto ABŞ tərəfindən tanınmasını, Kiyev və Vaşinqtonun mineral ehtiyatlara dair saziş imzalamasını, ABŞ-nin Rusiyaya qarşı bütün sanksiyalarının götürülməsini, ABŞ-ylə Rusiya arasında enerji sahəsində əməkdaşlığa başlanmasını təklif edəcək. 

Избранный
32
41
operativmedia.az

10Источники