ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Moskvaya səfər etməyi planlaşdırır.
Axar.az xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov deyib.
Jurnalistlərin Uitkoffun gəlişinin gözlənilən olub-olmaması ilə bağlı sualına Uşakov qısa cavab verib: “Gözləyirik”.
Qeyd edək ki, 23 apreldə Londonda ABŞ, Fransa, Britaniya və Ukrayna rəsmilərinin görüşündən sonra Uitkoffun yeni təkliflərlə Moskvaya səfər edə biləcəyi haqda məlumat yayılmışdı.