RU

Samir Abasov üçün VİDEO

Sportinfo TV-də yayımlanan “Derbi özəl” verilişi maraqlı anlarla yadda qalıb. Belə ki, tanınmış jurnalist Elçin Cəfərov “Qarabağ” – “Neftçi” matçı barədə danışarkən qonaq komandanın mövcud durumu barədə dəyərləndirmələr edib. Studiyada dekor kimi istifadə edilən kuboku götürərək “Neftçi”nin baş məşqçisi Samir Abasova səslənib: “Görürsünüz, bu kuboku ? Əgər “Neftçi” cari mövsümü mükafatsız başa vurarsa, Samir Abasov və futbola aidiyyatı olanlar gəlib kuboku apara bilərsiniz. Çünki şanlı “Neftçi”nin mövcud durumu qəbuledilməzdir. Hələ səhnənin arxasında dayananlar barədə heç nə demirəm. Onlara da zaman gələcək”.
Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.
Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.
Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu, FİFA Agentliyi xidmətidir.

Избранный
9
1
sportinfo.az

3Источники