RU

Ballıcaya qayıdan sakin: Arzularımız gerçəyə çevrilib

“Doğma yurdumuzu tərk edəndə cavan idim. İndi o torpaqlara qızım, oğlum, gəlinim və nəvələrimlə qayıdıram”.

“Report” xəbər verir ki, bu sözləri bu gün Xocalı rayonunun Ballıca kəndinə köç etmək üçün yola çıxan keçmiş məcburi köçkün Əliyeva Almas söyləyib.

“Otuz ildən də çox bir müddətdə doğma elimizdən ayrı qaldıq. Yurdumuza qayıtmaq əlçatmaz arzu kimi görünsə də, ürəyimizdə bir ümid var idi ki, biz qayıdacağıq. Allaha çox şükürlər olsun ki, arzularımız gerçəyə çevrilib. Bu sevinci bizə yaşatdığına görə Prezident İlham Əliyevə, Ordumuza minnətdaram. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm”, - deyə keçmiş məcburi köçkün bildirib.

Избранный
65
4
report.az

10Источники