RU

SpaceX “Qızıl qübbə”nin əsas komponentlərinin hazırlanmasında iştirak etmək istəyir

İlon Maskın kosmik şirkəti SpaceX və onun tərəfdaşları Amerikanın “Qızıl qübbə” raketdən müdafiə sisteminin əsas komponentlərinin hazırlanmasında iştirak etmək üçün əsas iddiaçılara çevrilib.

Herbiand.az bu barədə “Reuters” agentliyinə istinadən bildirir.

“Maskın raket-peyk şirkəti “Qızıl qübbə”nin əsas hissələrinin tikintisi üçün proqram təminatı istehsalçısı Palantir PLTR.O və dron istehsalçısı Anduril ilə əməkdaşlıq edir”, - deyə agentlik bildirib.

Mənbələr bildirirlər ki, SpaceX öz sistemindən istifadə üçün ABŞ hökumətinə innovativ abunə modelini, eləcə də potensial təhlükələri izləyəcək və qarşısını alacaq 400-dən 1000-ə qədər peykdən ibarət bir bürcün orbitdə yerləşdirilməsini təklif edib.

Hazırda SpaceX-in iştirak etdiyi konsorsium aparıcı namizədlərdən biri hesab olunur.

Bəxtiyar CƏFƏRLİ

Избранный
66
8
herbiand.az

9Источники