RU

Olimpiya çempionu 16 illik rekordu qırdı

Olimpiya çempionu Lukas Mertens 400 metr məsafəyə sərbəst üsulla üzmədə dünya rekorduna imza atıb.

Publika.az xəbər verir ki, Stokholm Açıq Çempionatında 23 yaşlı üzgüçü 3 dəqiqə 39,96 saniyə nəticə göstərib. Alman 2009-cu il Dünya Çempionatında məsafəni 3 dəqiqə 40,07 saniyəyə qət edən həmyerlisi Pol Bidermanın rekordunu qırıb.

2024-cü ildə Parisdə keçirilən Oyunlarda Mertens 400 metr məsafəyə sərbəst üsulla 3:44.13 nəticə ilə qızıl medal qazanıb.

Избранный
140
6
publika.az

10Источники