Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil olunmuş Əvəzedicilər Liqasında bu gün 29-cu turun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.
“Sabah”la “Kəpəz”in əvəzediciləri arasında keçirilmiş ilk oyunda meydan sahibləri inamlı qələbəyə seviniblər. “Qarabağ”ın ikinci komandası da “Zirə”nin əvəzedicilərinə oxşar hesabla qalib gəlib.
Turun qalan oyunları sabah keçiriləcək. Bütün görüşlər saat 16:00-da start götürəcək.
Əvəzedicilər Liqası
29-cu tur
6 aprel
“Səbail-2” – “Turan Tovuz-2” 3:1
Qollar: Teymur Məmmədov, 45. Suleyman Alluş, 69-pen; 75 – Dinamin Bağırov, 51.
Hakimlər: Əli Əliyev, Elşad Abdullayev, Kərim Zeynalov, İslam Məmmədov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
“Bayıl Arena”.
7 aprel
“Sabah-2” – “Kəpəz-2” 2:0
Qollar: Amir Qəribov, 53. Tuncay Cəfərli, 76.
Hakimlər: Əkbər Əhmədov, Teymur Teymurov, Mirnihad Seyidov, Alik Yunusov.
Hakim-inspektor: Gülağa Cabbarov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Bakı. “ASK Arena”.
“Qarabağ-2” – “Zirə-2” 2:0
Qollar: Nihat Mehralıyev, 47; 75.
Hakimlər: Kamranbəy Rəhimov, Zöhrab Abbasov, Tərlan Talıbzadə, Vüqar Həsənli.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
“Azersun Arena”.
8 aprel
“Şamaxı-2” – “Neftçi-2”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Sevda Nuriyeva, Murad Səlimov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Şamaxı şəhər stadionu.
“Araz-Naxçıvan-2” – “Sumqayıt-2”
Hakimlər: Kamran Əliyev, Cəmil Quliyev, Şirmamed Mamedov, Rasim Musayev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Elman Musayev.
Binə qəsəbə stadionu.