Kaxaber Sxadadze Azərbaycan çempionatlarının tarixinə yüksək dəstədə üç fərqli klubda çalışan ilk legioner baş məşqçi kimi düşüb.
Publika.az PFL-in saytına istinadən xəbər verir ki, 2008-ci ildə “Standard”, 2009-15-ci illərdə “İnter”i (indiki “Şamaxı”) çalışdırmış gürcüstanlı mütəxəssis “Qəbələ”də debüt edib.
Onun "siftə"si “Qarabağ”la 23-cü turdan təxirə salınmış matça təsadüf edib - 0:4.
O, 3204 gündən sonra Premyer Liqaya qayıtmaqla bu rekorda imza atıb. Sxadadzenin “İnter”dəki son matçı 2015-ci il mayın 22-də “Qarabağ”a qarşı olub – 2:1.