Ramzan Kadırov deyib ki, oğlu Adəmin “cəzalandırılacaq heç bir şeyi yoxdur” və Quranı yandırmaqda ittiham olunan Nikita Juravlyovu “öldürsəydi yaxşı olardı”.
News24.az lent.az-a istinadən xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri illik canlı yayımda bildirib.
“[Adəmi] cəzalandırın? Niyə cəzalandırmaq? Agenti [Juravlyovu ] döydüyü üçün? Onu öldürsəydi daha yaxşı olardı. Quranı yandıranları xatırlayanda bir arzum var - bir arzum var ki, onlar cəzalandırılsınlar”, - Kadırov “Diqqət, Xəbər” kanalının yayımladığı verilişdə deyib.