EN

Ronaldu Səudiyyə Ərəbistanı çempionatını bombardir kimi başa vurub

Səudiyyə Ərəbistanının futbol mövsümü rəsmən başa çatıb.

“Report” xəbər verir ki, “Əl-Nəsr”in portuqaliyalı hücumçusu Kriştianu Ronaldu çempionatı 25 qolla Pro Liqanın bombardiri kimi başa vurub. Onun klubu 70 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.

Beşqat “Qızıl top”un sahibi “Əl-Nəsr”ın heyətində bütün yarışlarda keçirdiyi 41 matçda 35 qol vurub və dörd məhsuldar ötürmə edib. 40 yaşlı hücumçu 2024/2025-ci illər mövsümündə AFK Çempionlar Liqasının səkkiz oyununda 8 qol vurub.

Ronaldunun 2024/2025-ci illər mövsümü üçün statistikası belədir; Səudiyyə Ərəbistanının Pro Liqası - 30 oyun, 25 qol, 3 məhsuldar ötürmə; AFK-nin Çempionlar Liqası - 8 oyun, 8 qol; Səudiyyə Ərəbistanı Superkuboku - 2 oyun, 2 qol, 1 məhsuldar ötürmə; Səudiyyə Ərəbistanı Kuboku - 1 oyun.

Chosen
0
5
report.az

10Sources