Xabi Alonso ilə yollarını ayıran “Bayer”in yeni baş məşqçisi müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, Bundesliqa təmsilçisini Erik ten Haq çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Niderlandlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.
Erik ten Haqın son iş yeri “Mançester Yunayted” olub.