"Sumqayıt"da ayrılıq dalğası davam edir.
Göndərilənlər arasında Georgi Karaişvili də yer alıb.
Gürcüstanlı legionerə yeni müqavilə təklif edilməyib.
Belədə 28 yaşlı orta sahə oyunçusu əşyalarını yığaraq, birdəfəlik vətəninə yollanıb.
Karaişvili ötən il "Kimyaçılar"a transfer olunmuşdu.
O, bu mövsüm meydana çıxdığı 23 matçda 1 qolla yadda qalıb.
XANOĞLAN / SPORTİNFO.AZ