Bakıda 32 komandanın iştirakı ilə minifutbol üzrə dünya çempionatı keçirilir.
Sportinfo.az xəbər verir ki, A qrupunun 3-cü - sonuncu turunda Azərbaycan yığması Mavritaniya ilə qarşılaşıb.
Matç millimizin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
1/8 finala yüksələn millimiz bu mərhələdə Rumıniya ilə mayın 27-si 21:00-da qarşılaşacaq.
Azərbaycan – Mavritaniya 2:0
Qollar:Mirmehti Rzayev 44, Ramiz Çovdarov 50(p)