EN

Xəzərin sahillərində 110-dan çox ölü suiti tapılıb

Qazaxıstanın Manqistau vilayətinin Fort Şevçenko şəhəri yaxınlığında Xəzər dənizi sahilində 117 ölü suiti aşkarlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Kənd Təsərrüfatı Nazirliyinin balıqçılıq komitəsi məlumat yayıb.

Qeyd olunub ki, ölmüş heyvanlar Tupkaraqan rayonunda Fort Şevçenko şəhərinin Asan, Mıs Bautin və Mıs Urdyuk ərazilərində tapılıb:

“CÉ™sÉ™dlÉ™rin parçalanmasına baxsaq, tapılan suitilÉ™r ötÉ™n ilin noyabr-dekabr aylarında ölüb. Suiti sÉ™cÉ™dlÉ™ri yığılaraq sanitar normalara riayÉ™t etmÉ™klÉ™ poliqonda mÉ™hv edilib”.

Vurğulanıb ki, 2024-cü ilin noyabrından tapılan ölü suitilərin ümumi sayı 2194-ə çatıb.

Xəzər suitisi endemikdir və bu dənizin faunasında məməlilərin yeganə nümayəndəsidir. Onun əsas qida mənbəyi balıqlar, əsasən kilkə, aterinkimilər, həmçinin molyuska və krevetlərdir. Bu heyvanların yaşam tərzi mövsümi miqrasiya ilə xarakterizə olunur: onlar qışda dənizin şimal hissəsində cəmləşir, istilərin başlaması ilə Orta və Cənubi Xəzər dənizinə köç edirlər.

Bizim.Media

Chosen
0
19
bizim.media

10Sources