EN

Zelenski: Bütün gecə Ukrayna üçün ağır oldu, dəhşətli anlar yaşandı - VİDEO

Mayın 23-dən 24-nə keçən gecə Rusiya tərəfi Ukraynaya genişmiqyaslı hava hücumu həyata keçirib.

Ölkə.Az xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən prezident Volodimir Zelenskinin sözlərinə görə, gecə Kiyevdə çoxlu yanğınlar və partlayışlar olub. “Yaşayış binalarına, avtomobillərə, müəssisələrə yenidən ziyan dəyib. Yaralılar var", - prezident deyib.

Zelenski əlavə edib ki, ümumilikdə gecə bütün Ukrayna üçün çətin keçib: “250 PUA hücumu olub, 14 ballistik raket atıb. PUA-ların əksəriyyəti İran istehsalıdır. Hücum nəticəsində Odessa, Vinitsa, Sumi, Xarkov, Donetsk, Kiyev və Dnepr vilayətləri zərər çəkib. Hər yerdə dinc sakinlərə ciddi zərər dəyib. İtkilər var", - Zelenski bildirib.

Onu da xüsusilə qeyd edib ki, Rusiyanı daynadırmaq və nəticələr əldə etmək üçün Moskvaya daha çox təzyiq göstərilməlidir:

“Biz ABŞ, Avropa və bütün tərəfdaşlarımızdan sanksiyalar gözləyirik. Yalnız Rusiya iqtisadiyyatının əsas sektorlarına qarşı əlavə sanksiyalar Moskvanı atəşi dayandırmağa məcbur edəcək”.

Mürtəza
Ölkə.az

Chosen
0
35
olke.az

10Sources