Gəncədə 19 yaşlı oğlanı maşın vurub.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.
Belə ki, hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən Kürdəmir rayon sakini, 2006-cı il təvəllüldü M.İsmayılovu vurub.
Piyada xəstəxanaya yerləşdirilib. Gənc oğlana yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.