Bu gecə Kiyev və Kiyev vilayəti üzərində 40-a yaxın pilotsuz uçuş aparatı (PUA) aşkar edilib.
KONKRET.az xəbər verir ki, yerli mənbələr hava hücum xəbərdarlığının verildiyini və əhalinin sığınacaqlara keçməsinin tövsiyə olunduğunu bildirir.
Ukrayna Hərbi Hava Qüvvələri hava hücumundan müdafiə sistemlərinin dronlara qarşı aktiv işlədiyini açıqlayıb. Dronların hansı istiqamətdən buraxıldığı və hədəflərinin nə olduğu hələlik dəqiqləşməyib.
Hadisə ilə bağlı əlavə məlumatlar verildikcə yenilənəcək.
Natiq Səlim,
KONKRET.az