BAKI, 23 may. TELEQRAF
Avropa İttifaqı (Aİ) Ukraynadan kənd təsərrüfatı məhsullarının müvəqqəti rüsumsuz idxal rejiminin müddətini uzatmamaq qərarına gəlib.
Teleqraf xəbər verir ki, bu barədə Avropa Komissiyasının nümayəndəsi Balaş Uvari məlumat yayıb.
Onun sözlərinə görə, Aİ ölkələri texniki iclasda keçid tədbirlərini təsdiqləyiblər. Beləliklə, 6 iyun tarixindən etibarən Ukrayna Avropa bazarına güzəştli giriş imkanını itirəcək və onun mallarına yenidən standart gömrük rüsumları tətbiq olunacaq.