Azərbaycanın aparıcı ət məhsulları distributorlarından olan “Aqro-Vest DC” MMC Rusiya istehsalçısı “Rublovskiy” Ticarət Evi ilə strateji əməkdaşlıq müqaviləsi imzalayıb.
Bu müqavilə Azərbaycan bazarına geniş çeşiddə kolbasa və delikates məhsullarının tədarükünü nəzərdə tutur. Razılaşma “Rublovskiy” brendinin regional bazarda mövqelərini gücləndirmək, satış şəbəkələrində məhsul çeşidini genişləndirmək və keyfiyyətli məhsulları istehlakçılar üçün daha əlçatan etmək baxımından yeni imkanlar açır.
”Rublovskiy” kimi tanınmış bir brendlə əməkdaşlığa başlamaqdan məmnunuq. Bu, Azərbaycanda premium ət məhsullarının distribusiyasını daha da inkişaf etdirməyə yönəlmiş mühüm addımdır”, - deyə “Aqro-Vest DC”nin nümayəndəsi Elvin Aslanov bildirib.
“Aqro-Vest DC” ilə əməkdaşlıq bizə böyük potensiala malik yeni bazara çıxmaq imkanı yaradır. Əminik ki, məhsullarımız keyfiyyət və ənənəyə dəyər verən Azərbaycan alıcıları tərəfindən yüksək qiymətləndiriləcək”, - deyə “Rublovski” Ticarət Evinin nümayəndəsi Dmitri Kondraşov qeyd edib.
İstehlakçılar iyun ayının əvvəlindən Azərbaycanın aparıcı satış nöqtələrinin rəflərində “Rublovskiy” məhsullarını görə biləcəklər.
Bundan sonra şirkətlər birgə marketinq tədbirləri keçirmək və Azərbaycanın bütün ərazisində stabil distribusiya şəbəkəsini inkişaf etdirməyi nəzərdə tutublar.