EN

Azərbaycanın aparıcı distribütor şirkəti Rusiya istehsalçısı ilə müqavilə imzalayıb

Azərbaycanın aparıcı ət məhsulları distribütorlarından olan “Aqro-Vest DC” MMC Rusiya istehsalçısı “Rublovskiy” Ticarət Evi ilə strateji əməkdaşlıq müqaviləsi imzalayıb. 

Şirkətdən Marja.az-a verilən məlumata görə, bu müqavilə Azərbaycan bazarına geniş çeşiddə kolbasa və delikates məhsullarının tədarükünü nəzərdə tutur.

Razılaşma “Rublovskiy”  brendinin regional bazarda mövqelərini gücləndirmək, satış şəbəkələrində məhsul çeşidini genişləndirmək və keyfiyyətli məhsulları istehlakçılar üçün daha əlçatan etmək baxımından yeni imkanlar açır.

”Rublovskiy”  kimi tanınmış bir brendlə əməkdaşlığa başlamaqdan məmnunuq. Bu, Azərbaycanda premium ət məhsullarının distribusiyasını daha da inkişaf etdirməyə yönəlmiş mühüm addımdır”, - deyə “Aqro-Vest DC” MMC-nin nümayəndəsi Elvin Aslanov bildirib.

“Aqro-Vest DC” MMC ilə əməkdaşlıq bizə böyük potensiala malik yeni bazara çıxmaq imkanı yaradır. Əminik ki, məhsullarımız keyfiyyət və ənənəyə dəyər verən Azərbaycan alıcıları tərəfindən yüksək qiymətləndiriləcək” - bu sözləri “Rublovski” Ticarət Evinin nümayəndəsi Dmitri Kondraşov söyləyib. 

İstehlakçılar iyun ayının əvvəlindən Azərbaycanın aparıcı satış nöqtələrinin rəflərində “Rublovskiy” məhsullarını görə biləcəklər. 

Bildirək ki, bundan sonra şirkətlər birgə marketinq tədbirləri keçirmək və Azərbaycanın bütün ərazisində stabil distribusiya şəbəkəsini inkişaf etdirməyi nəzərdə tutublar. 

Agro-West-DCRublovskiyAqro-VestElvin AslanovDmitri Kondraşovət məhsullarıkolbasadelikates
Chosen
0
2
marja.az

10Sources