EN

Ermənistanda kapitulyasiyaya etiraz iğtişaşlarında iştirak etmiş daha doqquz nəfər saxlanılıb

Ermənistan İstintaq Komitəsi 2020-ci ildə Rusiya, Azərbaycan və Ermənistan arasında Qarabağa dair üçtərəfli bəyanatın imzalandığı gecə kütləvi iğtişaşlarda iştirak etməkdə ittiham olunan daha doqquz vətəndaşın saxlanıldığını bildirib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

İstintaq məlumatına görə, saxlanılanlar hökumət binasının şüşələrini sındıraraq qapısını zədələyib, daha sonra binanın içərisinə daxil olaraq kütləvi iğtişaşlarda iştirak etməyə davam ediblər. Həmçinin o dövrdə parlament sədri olan (hazırda XİN başçısı) Ararat Mirzoyana hücum edilib.

İstintaq orqanı həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmədə vəsatət qaldırıb. Hadisələrin bütün iştirakçılarının müəyyən edilməsi istiqamətində tədbirlər görülür. İbtidai istintaq davam edir.

Chosen
0
1
xezerxeber.az

10Sources