FİFA referisi Kamal Umudlu UEFA-dan növbəti dəfə təyinat alıb.
"Football-plus.az" xəbər verir ki, o, 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsinin A qrupu çərçivəsində keçiriləcək Albaniya – Almaniya oyununun baş hakimi olacaq. Ona yan xətt hakimləri qismində finlandiyalı Olli Jantunen və xorvatiyalı Luka Pajić kömək edəcəklər. Dördüncü hakim funksiyasını xorvatiyalı Patrik Kolarić yerinə yetirəcək.
Qrup mərhələsinin 2-ci turunun qarşılaşması mayın 22-də Elbasan şəhərinin eyniadlı stadionunda keçiriləcək.
Qeyd edək ki, Kamal Umudlu Avropa çempionatının final mərhələsinə ehtiyat hakim kimi təyinat almışdı. Lakin qitə birinciliyinin ümumi siyahısında yer alan baş hakimlərdən biri zədələndiyindən, onu Umudlu əvəzləyib.