EN

Buenos-Ayresdə etiraz aksiyasında polislə toqquşma - 14 nəfər saxlanılıb

Argentinanın hüquq-mühafizə orqanları Buenos-Ayresdə Konqresin (ikipalatalı parlament) binası qarşısında keçirilən etiraz aksiyası zamanı 14 nəfəri saxlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə C5N telekanalı məlumat yayıb.

Məlumata görə, asayiş keşikçilərinin hərəkətləri və gözyaşardıcı qazın təsiri nəticəsində aldığı xəsarətlərdən 80-dən çox insan tibbi yardıma və hadisə yerində çalışan könüllülərə müraciət edib. Saxlanılan və yaralananlar arasında jurnalistlər də var.

Polis və jandarmların nümayişçiləri yolun hərəkət hissəsindən uzaqlaşdırmağa başlamasından sonra asayiş keşikçiləri ilə etirazçılar arasında qarşıdurma başlayıb.

Artıq bir neçə aydır ki, hər çərşənbə günü Konqresin binası qarşısında yüksək qiymətlər və büdcə xərclərinin azaldılması fonunda təqaüdçülərin yaşayış şəraitinin yaxşılaşdırılması tələbi ilə etiraz aksiyası keçirilir. Bu nümayişlərdə polis tez-tez gözyaşardıcı qazdan istifadə edir. Sonuncu ciddi toqquşmalar martın 12-də baş verib.

Chosen
0
50
ucnoqta.az

10Sources