EN

Azərbaycanlı hakim Avropa çempionatının oyununu idarə edəcək

FIFA referisi Kamal Umudlu UEFA-dan növbəti dəfə təyinat alıb. SİA AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsinin A qrupu çərçivəsində keçiriləcək Albaniya-Almaniya oyununun baş hakimi olacaq. Ona finlandiyalı Olli Yantunen və xorvatiyalı Luka Pajiç kömək edəcəklər. Dördüncü hakim funksiyasını xorvatiyalı Patrik Kolariç yerinə yetirəcək.

Qrup mərhələsinin II turunun qarşılaşması mayın 22-də Elbasan şəhərinin eyniadlı stadionunda keçiriləcək.

Qeyd edək ki, Kamal Umudlu Avropa çempionatının final mərhələsinə ehtiyat hakim kimi təyinat almışdı. Lakin qitə birinciliyinin ümumi siyahısında yer alan baş hakimlərdən biri zədələndiyindən, onu K.Umudlu əvəzləyib.

Chosen
0
14
sia.az

10Sources