EN

Ukrayna Moskva aeroportlarını iflic etdi: Uçuşlar dördüncü dəfə dayandırıldı

Moskvanın “Domodedovo” hava limanında bu gün ərzində dördüncü dəfə ki, təyyarələrin gəlişi və gedişi ilə bağlı müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

Turkustan.az Rusiya mətbuatına istinadən xəbər verir ki, aeroporta təyyarələrin qəbulu Moskva vaxtı ilə saat 21:06-dan etibarən yenidən dayandırılıb.

Buna səbəb Ukraynanın dron hücumlarıdır. Bu gün səhərdən Rusiya paytaxtına 20-dən çox PUA ilə hücum edilib. Nəticədə gün ərzində Domodedovo dörd dəfə, Jukovski üç dəfə təyyarələrin qəbulunu və buraxılmasını dayandırıb. Hazırda Vladimir, İvanovo və Kaluqa hava limanlarında da məhdudiyyətlər qüvvədə qalır. /Musavat.com/

Chosen
0
2
turkustan.az

10Sources