EN

Britaniya Qəzza əməliyyatı ilə bağlı İsraillə ticarət danışıqlarını dayandırıb

Böyük Britaniyanın Xarici İşlər Naziri David Lammi bildirib ki, İsrailin Qəzza zolağında yeni hərbi əməliyyatı səbəbindən Britaniya İsraillə azad ticarət sazişi üzrə danışıqları dayandırıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Onun sözlərinə görə, London bu addımı ona görə atıb ki, İsrailin baş naziri Benyamin Netanyahunun humanitar yardımın daşınmasına mane olması, həmçinin anklavda hərbi əməliyyatları genişləndirməsidir.

Lammi əlavə edib ki, İsrail səfiri Çipi Hotoveli Britaniya Xarici İşlər Nazirliyinə çağırılacaq.

Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, İsrail bütün Qəzza zolağına nəzarət edəcək və Fələstin HƏMAS hərəkatının “humanitar yardımı talamasına” imkan verməyəcək.

Chosen
0
31
nocomment.az

10Sources