İtkin kimi axtarılan 64 yaşlı qadın tapılıb.
BAKU.WS-in əldə etdiyi məlumata görə, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 64 yaşlı Suvar Qaraxanova polis əməkdaşları tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.
2025-05-19 saat: 11:06
Bakıda şizofreniya xəstəliyindən əziyyət çəkən qadın 1 ay 9 gündür ki itkin düşüb.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, 65 yaşlı Suvar Əhmədbəyovna ötən ayın 10-u metronun "Əhmədli" stansiyasının yaxınlığında yerləşən yaşadığı evdən çıxaraq itib.
BAKU.WS-in əldə etdiyi məlumata görə, itkin düşmə kimi axtarışa elan edilən şəxsin tapılaraq aidiyyəti üzrə təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Onu görənlərdən polisə məlumat vermələri xahiş olunur.