EN

Futbol üzrə dünya və Avropa çempionu karyerasını bitirib

Bakı, 20 may, AZƏRTAC

İspaniya millisinin sabiq qapıçısı Pepe Reyna karyerasını bitirdiyini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə 42 yaşlı qolkiper özü məlumat verib.

Hazırda İtaliyanın “Komo” komandasında çıxış edən təcrübəli əlcək sahibi 26 illik peşəkar karyerasına yekun vurduğunu söyləyib. O, A Seriyasının son turunda mayın 23-də "İnter"ə qarşı son matçını keçirə biləcəyini etiraf edib.

P.Reyna növbəti mövsüm İspaniyanın “Vilyarreal” klubunun akademiyasında məşqçi kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, İspaniya yığmasının heyətində dünya və Avropa çempionu olmuş Pepe Reyna karyerası ərzində İtaliyada "Napoli", "Milan", "Latsio", ölkəsində “Barselona”, “Vilyarreal”, Almaniyada “Bavariya” və İngiltərədə “Liverpul” kimi tanınmış komandalarda çıxış edib.

Chosen
0
50
azertag.az

10Sources