EN

Gəncədə avtobus sürücüsü anidən əyləci sıxdı - 65 yaşlı qadın yıxıldı

Gəncədə qadın avtobusdan yıxılaraq xəsarət alıb.

"Unikal"ın  məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov prospektində 5 saylı xətt üzrə işləyən mikroavtobusda qeydə alınıb. Belə ki, Gəncə şəhər sakini 1960-ci il təvəllüdlü Q.Məmmədova  avtobusdan düşmək istəyən zaman yıxılıb. Xəsarət alan qadln yaxınlıqdakıların köməkliyi ilə xəstəxanaya aparılıb. Həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra qadın xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Məlumata görə, avtobusu sürücüsü əyləcdən anidən istifadə edib. Bu zaman yaşlı qadın yıxılıb.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov

Chosen
0
18
unikal.az

10Sources