EN

Azərbaycanlı forvard qol vurdu, komandası heç-heçə etdi

Almaniyanın Şimal-Şərq Regional Liqasında 34-cü turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, azərbaycanlı hücumçu Rüfət Dadaşovun formasını geyindiyi “Dinamo” (Berlin) evdə “Zvikau” ilə heç-heçə edib (2:2).

Dadaşov bütün oyunu meydanda olub və 80-ci dəqiqədə komandasının ikinci qolunu vuraraq hesabı bərabərləşdirib. Hazırda "Dinamo" 49 xalla səkkizinci pillədədir.

Chosen
0
41
sportinfo.az

10Sources