EN

Zelenski ilə Tramp arasında telefon danışığı olub

ABŞ və Ukrayna prezidentləri Donald Trampla Volodimir Zelenski arasında telefon danışığı olub.

Bu barədə "Strana" nəşri məlumat yayıb.

Xatırladaq ki, Tramp Rusiya Prezidenti Vladimir Putinlə danışdıqdan sonra Zelenskiyə zəng edəcəyini demişdi. 

TSN mənbələrə istinadən yazır ki, Tramp və Zelenski Rusiya-Ukrayna münaqişəsinin həllinə imkan verəcək addımları müzakirə ediblər.

Telekanalın məlumatına görə, prezidentlər Trampla Putin arasında telefon danışığından sonra yenidən zəngləşmək barədə razılığa gəliblər.

Ağ Evin mətbuat katibi Kerolin Livitt bildirmişdi ki, Tramp Rusiya və Ukrayna prezidentləri ilə telefon danışıqlarının nəticələri barədə şəxsən məlumat verməyi planlaşdırır. "Bu zənglər başa çatdıqdan sonra nəticələri ya şəxsən prezidentin özündən, ya da məndən eşidəcəksiniz", - o, brifinqdə söyləmişdi.

Report.az

Chosen
0
11
qaziler.az

10Sources