EN

"Day.Az" Cənubi Qafqazın rus dilli informasiya lideri oldu

Azərbaycanın aparıcı xəbər portallarından biri olan Day.Az Cənubi Qafqazın rusdilli media məkanında liderliyini daha da möhkəmləndirib.

Milli.Az xəbər verir ki, bu barədə "Medialogiya" adlı müstəqil monitorinq platformasının son hesabatında məlumat verilib.

Belə ki, platformanın məlumatına görə, Day.Az Azərbaycanda rus dilində işləyən KİV-lərin media reytinqinə başçılıq edir, regionun daha iki ölkəsində - Ermənistan və Gürcüstanda TOP-10-da yer alır.

Ölkə üzrə nəticələr:

1. Day.Az Azərbaycanda 22 078 media indeksi və 27 760 obyektin görünməsi ilə özünə inamlı liderdir. Nəşr digər Azərbaycan mediasından olan həmkarlarını nəzərəçarpacaq dərəcədə qabaqlayır.

*Qeyd edək ki, siyahıda təqdim olunan Trend agentliyi eksklüziv olaraq öz xəbərlərini dərc edir, onun böyük hissəsini öz informasiya terminalından istifadə edərək rus və ingilis dillərində yayır. Bu xəbər ictimaiyyətə açıq deyil.

2. Gürcüstanın media məkanında Day.Az bir neçə yerli resursları qabaqlayaraq 4-cü yerdədir. Day.Az və Trend Gürcüstan bazarında ilk on media resursunda yeganə Azərbaycan KİV-ləridir.


3. Ermənistanda Day.Az yeganə Azərbaycan media orqanı olub ki, ardıcıl olaraq yerli medianın reytinqinə düşüb. Day.Az Ermənistanın ən populyar media qurumları onluğunda 8-ci yerdədir.

Regionun üç ölkəsindəki sitat rəqəmləri Day.Az-ın nüfuzlu regional informasiya platformasına çevrildiyini vurğulayır.

Milli.Az

Chosen
0
1
milli.az

10Sources