EN

Zahid Oruc: “Tikintidəki problemlərin həlli üçün vahid qiymətləndirmə meyarlarına ehtiyac var”

Azərbaycanda tikinti sektorunda yaranan problemlərin məhkəmə sisteminə yönəlmədən həll olunması üçün vahid qiymətləndirmə meyarlarına ehtiyac var.

Aznews.az xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, 90-dan çox şirkət və qurum var ki, vətəndaşlar onların mənzil və torpaq sahələrinin dəyərinin müxtəlif meyarlarla ödənildiyini bildirirlər: “Amma ortaq bir qiymət tarifi yoxdur. Bu isə narazılıqlara səbəb olur. Bəzən isə özəlləşdirilməmiş və ya icazəsiz tikilmiş konstruksiyalar üçün vətəndaşlar yüksək kompensasiya tələb edirlər”.

O qeyd edib ki, Azərbaycanda 208 milyon kvadratmetrdən çox mənzil fondu mövcuddur ki, onun da böyük hissəsi özəl sektora məxsusdur: “Bakıda yenilənməli olan ərazilərin sayı çoxdur və bu, digər sahələrə də təsir göstərir. Tikinti sektoru təkcə 150 minə yaxın insanı işlə təmin etmir, həm də mebel, xidmət, rəqəmsal texnologiyalar kimi sahələri hərəkətə gətirir”.

Chosen
0
5
aznews.az

10Sources