EN

Paşinyanın Ərdoğan və Əliyevlə “nökər-ağa” münasibəti var: Köçəryan

Ermənistanın ikinci prezidenti Robert Köçəryan baş nazir Nikol Paşinyanın Albaniyada keçirdiyi görüşlərin kadrlarını təhlil edərək belə qənaətə gəlib ki, hökumət başçısı ilə Türkiyə və Azərbaycan liderləri arasında “nökər-ağa” münasibəti formalaşıb.

Herbiand.az xəbər verir ki, Köçəryan bu barədə erməni mətbuatına müsahibəsində bildirib.

"Paşinyanın bədən dili özünü saldığı vəziyyəti göstərir. O, özünü bu iki şəxsdən asılı, tabeçi kimi hiss edir. Onun bədən dili deyir ki, o, ölkəni yaxşı heç nəyə aparmayacaq".

Ermənistanın keçmiş prezidenti də hesab edir ki, Paşinyan səfəri zamanı Azərbaycanın sülh müqaviləsi imzalaması üçün “yalvarıb”, çünki o, bu sənəddən seçki kampaniyasında istifadə etmək niyyətindədir.

Chosen
0
50
herbiand.az

10Sources