EN

“Qarabağ” litvalı hücumçu transfer etmək istəyir

“Qarabağ” heyətini yeni hücumçu ilə gücləndirə bilər.

Bizim.Media “Bota Sot”a istinadən xəbər verir ki, Ağdam təmsilçisi “Vora”nın hücumçusu Manfredas Ruzgisə ciddi maraq göstərir.

Azərbaycan çempionunun artıq onu əldə etmək üçün addımlar atmağa başladığı bildirilir.
 

Litva millisində çıxış edən 28 yaşlı hücumçu bu mövsüm komandasının heyətində 30 matçda 24 qol vurub.


Litvalının Albaniya klubu ilə müqaviləsi bu yay başa çatır. Manfredas “Paderborn II”, “Köln”II, “Una Strassen”, “Rot-Vays Oberhauzen”, “Videnbrük” klublarında çıxış edib.

Rəşad Rafiqoğlu, Bizim.Media

Chosen
0
22
bizim.media

10Sources