Demokrat.az APA-ya istinadən xəbər verir ki, qəzalardan biri rayonun Gərmətük qəsəbəsi ərazisində, digəri isə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
"Toyota RAV4", "Lada Granta", VAZ-2106, "Nissan" avtomobillərinin və "Mercedes-Benz" markalı sərnişin mikroavtobusunun iştirakı ilə baş verən qəzalarda 2-si azyaşlı olmaqla ümumilikdə 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunublar.
Xəstəxanadan verilən məlumata görə, 10 nəfərdən 5-i bir ailənin üzvləridir və onlar rayonun Velədi kənd sakinləridir.
Qəzalarda 2000-ci il təvəllüdlü Asim Cavid oğlu Nəcəfov, 2004-cü il təvəllüdlü Elnaz Əli qızı Nəcəfova, 2003-cü il təvəllüdlü Ağa Cavid oğlu Nəcəfov, 2016-cı il təvəllüdlü Z.Nəcəfova, 2024-cü il təvəllüdlü R.Nəcəfova, 1977-ci il təvəllüdlü Rahid Baladadaş oğlu Əskərov, Masallı rayon Həsənli kənd sakini 2004-cü il təvəllüdlü Zeynalabdin Nahid oğlu Əliyev, Masallı rayon Sığıncaq kənd sakini, 2004-cü il təvəllüdlü Ramilə Ramil qızı Rüstəmova, Masallı rayon Sığıncaq kənd sakini, 2005-ci il təvəllüdlü Mənsurə Eldəniz qızı Zahidova və Masallı rayonunun Bədəlan kənd sakini, 1994-cü il təvəllüdlü Murad Rövşən oğlu Əzizov xəsarət alıblar.
Yaralıların ümumi vəziyyətləri orta-ağır qiymətləndirilir.
10Sources
-
apa.azGöygöl sakini Kəlbəcərdə dağdan yıxılaraq xəsarət alıb ( 17851057)
-
sia.azXaçmazda avtomobil qəzası olub, xəsarət alanlar var ( 17850925)
-
poliqon.infoXaçmazda avtomobil qəzası olub, xəsarət alanlar var ( 17850250)
-
news365.azXaçmazda avtomobil qəzası - xəsarət alanlar var ( 17850241)
-
avtosfer.az"Mercedes"və "Audi"toqquşdu - Xəsarət alanlar var - FOTO ( 17849776)
-
unikal.azMercedes və Audi toqquşdu Xəsarət alanlar var (FOTO) ( 17849683)
-
bakivaxti.azXaçmazda avtomobil qəzası - xəsarət alanlar var ( 17849479)
-
report.azXaçmazda avtomobil qəzası olub, xəsarət alanlar var ( 17849164)
-
cebheinfo.azŞabranda ağır qəza: 1 ölü, 3 yaralı ( 17844793)
-
sfera.azMaşın işıq dirəyinə çırpıldı: 1 ölü, 3 yaralı ( 17843161)