EN

“Fənərbağça” bu futbolçu ilə danışıqlara BAŞLADI

"Fənərbağça" mövsümün sonunda "Lill"dən ayrılacağını açıqlayan Conatan Devidi transfer etmək istəyir.

Bizim.Media xəbər verir ki, İstanbul klubu artıq kanadalı hücumçu ilə danışıqlara başlayıb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

"Fənərbağça" yayda azad agent statusunda olacaq Devidə 12 milyon avro imza pulu təklif edib. Türkiyə klubu 25 yaşlı forvardla illik 7 milyon avro maaş olmaqla 4 illik müqavilə imzalamaq istəyir.

Qeyd edək ki, Conatan Devid bu mövsüm "Lill"in heyətində meydana çıxdığı 48 rəsmi matçda 25 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Chosen
0
22
bizim.media

10Sources