Kriştianu Ronaldunun "Əl Nəsr"in son iki oyununu buraxmasının səbəbi bəlli olub.
Offsideplus.az xəbər verir ki, portuqaliyalı ulduzun səhhətində problem olmasa da, formada deyil. Futbolçu Səudiyyə Ərəbistanı Pro Liqasında 12 mayda "Əl Okdud" (9:0) və "Əl Taavoun" (1:1) komandalarına qarşı oyunlarda iştirak etməyib.
Kriştianu həftəsonu komanda ilə məşqlərdə iştirak etməyib və həmin müddəti tibbi müayinələrdə və idman zalında keçirib. Bu qərar komandanın baş məşqçisi Stefano Pioli tərəfindən verilib. O, 40 yaşlı hücumçunun yüklənməməməsi üçün bu addımı atıb.
Qeyd edək ki, "Əl Nəsr" cari mövsüm Səudiyyə Pro Liqasını, Səudiyyə Krallar Kuboku, Superkubok, Riyad Mövsümi Kubokunu titulsuz başa vurub. Komanda növbəti mövsümdə Asiya Çempionlar Liqasına vəsiqə qazanmağı bacarmayıb.