Bakı şəhəri, Xəzər rayonunun Mərdəkan qəsəbəsi, Sergey Yesenin küçəsində zəncirvari qəza baş verib.
Referans bildirir ki, Axar.az-ın hadisə yerində olan əməkdaşının məlumatına görə, qəza zamanı 2 nəfər xəsarət alıb.
Qəzanın təsirindən avtomobillərdən biri aşıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.