EN

Putinlə Zelenski görüşə bilər – Peskov

“Danışıqlar aparan nümayəndə heyətləri müəyyən razılığa gələrlərsə, Rusiya Prezidenti Vladimir Putin və Volodimir Zelenski görüşə bilərlər”.

KONKRET.az xəbər verir ki, bunu jurnalistlərə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.

“İki tərəfin nümayəndə heyətlərinin işi nəticəsində onların müəyyən razılaşmalar əldə etməsindən sonra belə bir görüşün keçirilməsi mümkündür. Bunu mümkün hesab edirik”, – deyə Kremlin nümayəndəsi bildirib.

“Eyni zamanda, nümayəndə heyətinin razılaşdırmalı olduğu sənədlərin imzalanması zamanı bizim üçün əsas və prinsipial məsələ Ukrayna tərəfindən bu sənədləri məhz kimin imzalayacağıdır”, – o əlavə edib.

Chosen
0
5
konkret.az

9Sources