"Danışıqlar aparan nümayəndə heyətləri müəyyən razılığa gələrlərsə, Rusiya Prezidenti Vladimir Putin və Volodimir Zelenski görüşə bilərlər".
Moderator.az TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.
"İki tərəfin nümayəndə heyətlərinin işi nəticəsində onların müəyyən razılaşmalar əldə etməsindən sonra belə bir görüşün keçirilməsi mümkündür. Bunu mümkün hesab edirik", - deyə Kremlin nümayəndəsi bildirib.