EN

"Mançester Yunayted" hücumçularının İtaliya klublarına transferi üçün danışıqlar aparır

İngiltərənin "Mançester Yunayted" klubu futbolçuları Coşua Zirkze və Rasmus Heylundla yollarını ayırmaq istəyir.

"Report" "The Independent" nəşrinə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" hər iki hücumçunun transferi ilə bağlı İtaliya təmsilçisilə ilə danışıqlar aparır.

Klub əvəzində "İpsviç"dən Liam Delap və "Bornmut"dan Antuan Semenyonu heyətinə cəlb etmək niyyətindədir. Bundan əlavə, "Vulverhempton"dan Mateus Kunyanın keçidi də tamamlanmaq üzrədir.

Qeyd edək ki, Rasmus Heylund cari mövsüm meydana çıxdığı 50 matçda 10 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Coşua Zirkze 48 matçda 7 qol və 3 assist müəllifi olub.

Chosen
0
2
report.az

10Sources